Bakıda ölkə birinciliyi keçiriləcək

Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq.
"Mediasport" xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq.
Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).
Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq.
Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq.
Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq. Turnir 28–30 avqust tarixlərində keçiriləcək.