Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib - FOTOLAR

Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib - FOTOLAR

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında növbəti iclas keçirilib.

"Mediasport" xəbər verir ki, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan hesabat xarakterli toplantıda milli komandaların məşqçiləri ilə yanaşı, həkim və inzibati heyətin digər əməkdaşları iştirak ediblər.

İlk olaraq İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş U-15 və yeniyetmələrin Avropa birinciliyinin yekunlarına dair məşqçilərin hesabatı dinlənilib.

U-15 və yeniyetmələrdən ibarət yığma komandaların heyətində yer alan atletlərin nəticələri və fərdi inkişaf dinamikası ayrı-ayrılıqda nəzərdən keçirilib.

Daha sonra idmançıların qidalanması və reabilitasiyası ilə bağlı həkim heyətinin rəyi öyrənilib.

İclasda həmçinin yığma komandaların planlaşdırılan təlim-məşq toplanışları ilə bağlı konkret tapşırıqlar verilib.

Hazırlıqların təşkilində məqsəd ilin vacib yarışlarına (VI İslam Həmrəyliyi Oyunları, Dünya çempionatı, gənclərin Avropa birinciliyi) yollanacaq heyətin formalaşdırılmasıdır.