Hənifə Məhərrəmlidən qızıl medal

  Hənifə Məhərrəmlidən qızıl medal

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma yarışlarına start verilib.

"Mediasport" xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar mübarizəyə qoşulublar. 

Hənifə Məhərrəmli qızıl medal qazanıb. Məhərrəmli toplamda 160 kq (73 kq + 87 kq) nəticə ilə birinci olub.

Gəncə təmsilçisi Zeynəb Həsənova 134 kq (63 kq + 71 kq) göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Ən güclü üçlüyü paytaxt idmançısı Zeynəb Bəkirli tamamlayıb. O iki hərəkətin cəmində 116 kq (53 kq + 63 kq) ağırlığı ram edib.