İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazandı

Azərbaycanın gənc ağırlıqqaldıranı Lətif Əliyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 Avropa birinciliyində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan atlet birdənqaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medal qazanıb.
İdmançımız təkanlaqaldırma hərəkətində isə 129 kq çəkini başı üzərinə qaldırıb.
Beləliklə, iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını əldə edib.