AFFA İntizam Komitəsi bu kluba texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi bu kluba texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" klubuna texniki məğlubiyyət verib.

"Mediasport" xəbər verir ki, buna komandanın çempionatın XI turunda MOİK-lə oyunda legioner limitini pozması səbəb olub.

0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” həm də 1200 manat cərimə ödəyəcək.

Bundan başqa, komandanın futbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

MOİK-in futbolçusu Nihad Qurbanlı isə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 300 manat cərimələnib.

Qeyd edək ki, “Zaqatala” – MOİK görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.