Bölgə komandası Joze Kristovao Zenqo ilə müqavilə bağladı

 Bölgə komandası Joze Kristovao Zenqo ilə müqavilə bağladı

1-ci Liqada yarışan “Şahdağ Qusar” növbəti legioner transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, şimallılar Joze Kristovao Zenqo ilə anlaşıblar.

21 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb. 

Anqolalı ölkəsinin köklü klublarından “Petro Luanda”nın yetirməsidir.

Afrikalı oyunçu Portuqaliyanın “Vizela” və Xorvatiyanın “Kustosiya” komandalarında forma geyinib.