Fransa klubunun futbolçusu Azərbaycan klubunda - RƏSMİ
1-ci Liqada yarışan “Səbail” heyətinə yeni legioner cəlb edib.
"Mediasport" xəbər verir ki, komanda Sofian Budra ilə anlaşıb.
Əlcəzair əsilli fransalı ilə 1+1 illik müqavilə bağlanıb.
23 yaşlı sol vinger Fransanın 3-cü liqasında çıxış edən "Oban Er Bel" klubundan gətirilib.
"Valensyenn" klubunun yetirməsi "Versal"da da forma geyinib.

