Qaşim Maqomedov qızıl, Minayə Əkbərova bürünc medal qazandı

 Qaşim Maqomedov qızıl, Minayə Əkbərova bürünc medal qazandı

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, idmançılarımız yarışda 1 qızıl və 1 bürünc medal qazanıblar.

Qaşim Maqomedov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Minayə Əkbərova (46 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.