AFFA-nın imzaladığı müqavilə vaxtsız ləğv edildi? - FOTOLAR

AFFA-nın imzaladığı müqavilə vaxtsız ləğv edildi? - FOTOLAR

2024-cü il fevralın 15-də AFFA və "Rabitəbank" arasında imzalanmış sponsorluq müqaviləsi vaxtından əvvəl dayandırılıb.

"Mediasport" xəbər verir ki, tərəflər arasında anlaşmaya əsasən, göstərilən tarixdən sonra Premyer Liqa hakimləri oyunlara arxa hissəsində bankın adı yazılan formalarla çıxırdılar.

Cari mövsüm keçirilmiş 7 turda əməkdaşlıq davam etdirilsə də, 8-ci turdan etibarən fərqli mənzərənin şahidi olduq.

Ötən il qurumlar arasında sazişin müddəti açıqlanmamışdı. Lakin anlaşmanın yuvarlaq deyil, 1 il 8 aydan sonra tamamlanması düşünməyə əsas verir ki, müqaviləyə vaxtından əvvəl xitam verilib.

Bu turdan etibarən hakimlərin köynəklərinin arxasında "Be a referee!" ("Hakim ol!") sözlərini müşahidə edirik.

Yeni şüarın FİFA tərəfindən başladılan kampaniya olduğu bildirilir.

Xatırladaq ki, kuluarlarda "Rabitəbank"ın keçmiş AFFA rəhbəri Rövnəq Abdullayevə yaxın bank hesab olunduğu danışılır.