"Sumqayıt" "Şamaxı" ilə qarşılaşır

Premyer Liqa klublarından "Şamaxı" və "Sumqayıt" yoxlama oyununda üz-üzə gələcəklər.
"Mediasport" xəbər verir ki, qarşılaşma bu gün 18:30-da Qəbələ şəhər stadionunda baş tutacaq.
Buna qədər bölgə klubu yoxlama oyunları çərçivəsində "Qəbələ"yə uduzub (1:2), "Karvan"ı (2:0) və "Kəpəz"i (6:1) məğlub edib.
"Gənclik şəhəri" təmsilçisi də "Qəbələ"yə məğlub olsa da (0:1), "Kəpəz"dən üstün olub (2:1).