"Meydanda və meydandan kənarda əsl kapitan idi" - Fernandu Santuş

"Meydanda və meydandan kənarda əsl kapitan idi" - Fernandu Santuş

"Bakıya qayıtdıqdan sonra xəbərləri izləyirdim və bu hadisəyə təəccübləndim. Ailəsinə və "Portu"ya başsağlığı verirəm. Əslində, o, mənim dostum idi".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.

Mütəxəssis "Portu"nun sabiq futbolçusu Jorje Koştanın vəfatı haqqında danışıb:

"Üç il komandanı çalışdırdığım zaman Xorxe "Porto"nun kapitanı idi. Bizim çox yaxşı münasibətimiz var idi. Meydanda və meydandan kənarda əsl kapitan idi. Əslində Koştanı "Porto"nun simvolu saymaq olar. O, ümumilikdə Portuqaliya futbolunun tarixində iz qoyan, 1991-ci ildə Lissabonda keçirilən U-20 Dünya Kubokunu qazanan nəslə mənsub oyunçudur".

Portuqaliya millisinin sabiq müdafiəçisi məşq zamanı ürək tutmasından vəfat edib.

Koşta futbolçu karyerası ərzində 1990-2005-ci illərdə "Portu"da forma geyinib, 324 oyuna çıxıb və 20 qol vurub.

Jorje bu komanda ilə 8 dəfə Portuqaliya çempionu olub, 5 dəfə ölkə kubokunu qazanıb.

O, 2003-cü ildə UEFA Kubokunun (indiki Avropa Liqası), 2004-cü ildə Çempionlar Liqasının qalibi olub.