Azərbaycanlı futbolçu Qırğızıstan çempionatında 3-cü qolunu vurdu

Bu yay Qırğızıstana yollanan Orxan Əliyev Premyer Liqada növbəti qolunu vurub.
"Mediasport" xəbər verir ki, "Özkənd"in formasını geyinən 29 yaşlı hücumçu 17-ci turun "Alğa" ilə ev matçında fərqlənib.
Forvard 27-ci dəqiqədə dəqiq penalti zərbəsilə görüşün taleyini həll edən yeganə qolun müəlifi olub.
Əliyev bununla yeni klubunda vurduğu qolların sayını 3-ə çatdırıb. "Özkənd" 25 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.