Qabon millisinin hücumçusu Azərbaycan Premyer Liqasında

 Qabon millisinin hücumçusu Azərbaycan Premyer Liqasında

“Sabah” heyətini yeni legionerlə gücləndirib.

"Mediasport" xəbər verir ki, masazır klubu qabonlu hücumçu Patrik Orfe Mbina ilə müqavilə bağlayıb.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.

Tərəflər arasında razılaşmaya əsasən, “bayquşlar” yayda afrikalının birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalye” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib.

Forvard Qabon millisinin heyətində 5 oyun keçirib.