Akrobatlarımız Dünya Kubokunda gümüş medal qazandılar

Azərbaycan akrobatları Polşanın Jeşuv şəhərində keçirilmiş Dünya Kubokunda uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, idmançılarımız iki gümüş medal qazanıblar.
Qarışıq hərəkətlər proqramında Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli ibarət kişi qrupu 29.070 xalla, Daniel Abbasov-Murad Rəfiyev cütlüyü isə 28.730 xalla ikinci yeri tutublar.