AFFA bölgə komandasını ölkə çempionatından kənarlaşdırdı

 AFFA bölgə komandasını ölkə çempionatından kənarlaşdırdı

AFFA U-11 liqasında mübarizə aparan "Çərəkkə" komandasını cəzalandırıb.

"Mediasport" xəbər verir ki, qərar İntizam Komitəsinin bugünkü iclasında çıxarılıb.

Bildirilib ki, 08.11.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə"nin təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

Bu hal "Çərəkə"nin iştirakı ilə üçüncü dəfə təkrarlandığı üçün komanda  AFFA U-11 Liqasından kənarlaşdırılıb.

Göyçay təmsilçisinin keçirdiyi oyunların nəticələri isə ləğv edilib.