Azərbaycan gimnastları Dünya Kubokunu 6 medalla başa vurdu

Azərbaycan gimnastları Dünya Kubokunu 6 medalla başa vurdu

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna yekun vurulub.

"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında iki gün davam edən turnirdə Azərbaycan 6 medal qaznaıb.

Batut gimnastikası üzrə qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl, fərdi proqramda Selcan Mahsudova gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, kişilərdə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü bürünc mükafat əldə edib.

Tamblinq üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş mükafata sahib çıxıb.

Yarışda ümumilikdə 6 ölkədən 66 gimnast mübarizə aparıb.