Yığmamız Portuqaliyaya yollandı

 Yığmamız Portuqaliyaya yollandı

Azərbaycanın aerobika yığması Portuqaliyaya yollanıb.

"Mediasport" xəbər verir ki, gimnastlarımız Kantanhededa şəhərində Dünya kubokunun ilk mərhələsinə qatılacaqlar.

Komandamızın heyətində qarışıq cütlüklər arasında dünya çempionatının gümüş mükafatçıları Vladimir Dolmatov və Mədinə Mustafayeva, həmçinin Sara Əlixanlı, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva yer alıblar.

Aerobika ustaları trio, qrup, qarışıq cütlük və fərdi yarışlarda çıxış edəcəklər.

Mövsümün ilk Dünya kubokunda 11 ölkənin təmsilçiləri çıxış edəcəklər.

Martın 21-23-də baş tutacaq yarışdan sonra komandamız “Cantanhede International Open” turnirinə də qatılacaq.