"Qarabağ"la oyun öncəsi heyətə daha bir hücumçu transfer etdilər

"Qarabağ"la oyun öncəsi heyətə daha bir hücumçu transfer etdilər

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq Almaniyanın "Ayntraxt" klubu heyətinə daha bir futbolçu cəlb edib.

"Mediasport" xəbər verir ki, Bundesliqa təmsilçisi bu dəfə “Hoffenhaym”dan Əyub Amaymuni Eşquyabla müqavilə bağlayıb.

21 yaşlı mərakeşli hücumçu ilə anlaşma 5 illik nəzərdə tutulub.

Xatırladaq ki, Frankfurt təmsilçisi bir neçə gün əvvəl 2-ci Bundesliqa klubu "Elversberq"dən 23 yaşlı hücumçu Yunus Əbnutaliblə anlaşıb.

“Qarabağ” - “Ayntraxt” görüşü yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.