"Qarabağ" – "Sabah" oyununu idarə edəcək hakimlərin adları açıqlandı
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, "Turan Tovuz" - "Zirə" matçı FİFA refirisi Əliyar Ağayevə tapşırılıb.
"Qarabağ" - "Sabah" matçını Rauf Cabarov idarə edəcək.
Azərbaycan Kuboku. Yarımfinal. İlk oyunlar
3 aprel (cümə)
17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. "Qarabağ" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu
