Azərbaycan millisinin üzvü 17 yaşında qəfildən dünyasını dəyişdi

 Azərbaycan millisinin üzvü 17 yaşında qəfildən dünyasını dəyişdi

Azərbaycanın idman dırmanması üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Həvva Yambulatova vəfat edib.

"Mediasport" xəbər verir ki, 17 yaşlı idmançı qəfil dünyasını dəyişib.

Bu barədə şərəfini qoruduğu "Shusha Climbers" klubu məlumat paylaşıb.

Yeniyetmə idmançının ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Həvva Yambulatova idman dırmanmasının boulderinq və çətinlik növləri üzrə yarışlarda iştirak edib.

Azərbaycan Alpinizm Federasiyasının təşkil etdiyi ölkə birinciliklərində və kubok yarışlarında çempion olub.

O, son dəfə sentyabrda yeniyetmə və gənclər arasında boulderinq üzrə Azərbaycan çempionatında qızıl medal qazanıb.

Həmçinin Türkiyənin Samsun şəhərində keçirilən "Amisos Beynəlxalq Dırmanma Turniri"ndə iki medal əldə edib.