İbrahim Piriyev əməliyyat edildi

 İbrahim Piriyev əməliyyat edildi

"Araz-Naxçıvan"ın əvəzedici heyətdən əsas komandaya cəlb edilən İbrahim Piriyev İstanbul şəhərindəki Türkiyə xəstəxanasında qasıq yırtığından əməliyyat olunub.

Bu barədə "Mediasport"a klubdan məlumat verilib.

Uğurla icra edilən əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.