Murad Məmmədov Kipr klubunun heyətində ilk titula yiyələndi

Murad Məmmədov Kipr klubunun heyətində ilk titula yiyələndi

U-21 Azərbaycan milli komandasının futbolçusu Murad Məmmədov Kiprin "Pafos" klubunun heyətində ilk titulunu qazanıb.

"Mediasport" xəbər verir ki, vingerin komandası ölkə Superkubokunun qalibi olub.

"Pafos" həlledici dueldə "Omoniya"ya qalib gəlib - 1:0.

Məmmədov zədəli olduğu üçün matçı kənardan izləyib.