"Araz-Naxçıvan" Bakıda böyük hesabla uduzdu - YENİLƏNDİ

"Araz-Naxçıvan" Bakıda böyük hesabla uduzdu - YENİLƏNDİ

UEFA Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk görüşləri davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda iki təmsilçisindən "Araz-Naxçıvan" ilk oyununa çıxıb.

Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla uduzub.

Cavab matçı avqustun 14-də keçiriləcək.

Bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə üz-üzə gələcək.


UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun


"Araz-Naxçıvan" - "Omoniya" (Kipr) 0:4

Hakimlər: Andrjey Berka, İvo Nadvornik, Yan Vanya, Ondrey Pexanets (hamısı Çexiya)

Bakı, "Dalğa Arena".