Təmsilçimiz Avropa Kubokunda şimali makedoniyalılara uduzdu
Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Mingəçevirdə Şimali Makedoniyanın “Çair” komandası ilə qarşılaşıb.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan duel qonaqların qələbəsi ilə yekunlaşıb - 27:24.
Cavab görüşü noyabrın 15-də eyni arenada təşkil olunacaq.
Xatırladaq ki, “Kür” 2-ci raundda APOEL-i (Kipr) hər iki qarşılaşmada məğlub edərək mübarizədən kənarlaşdırıb.

