Xəlilov bürünc medal qazandı

 Xəlilov bürünc medal qazandı

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-pri Finalında bürünc medal qazanıb.

"Mediasport" xəbər verir ki, K44 kateqoriyasında 70 kq çəkidə yarışan paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammedi məğlub edib.

O, yarımfinalda meksikalı Juan Dueqo Qarsia Lopezə uduzub.

Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra döyüşə çıxmadığından Xəlilov fəxri kürsüdə yer alıb.