"Sabah"da növbəti ayrılıq reallaşdı

"Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, "bayquşlar" Sofian Çakla ilə vidalaşıblar.
Mərakeşli müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.
Çakla 2023-cü ildən formasını geyindiyi "Sabah"ın heyətində 71 oyun keçirib, 5 qol vurub.
Xatırladaq ki, Masazır təmsilçisi onadək Vasili Berezutski, Şakir Seyidov, Yon İrasabal, Namik Ələskərov və Vensan Tilllə əməkdaşlıq dayandırılıb.