Avroliqada PÜŞK atılır: "Qarabağ" ÇL-də mərhələni keçə bilməsə...

Avroliqada PÜŞK atılır: "Qarabağ" ÇL-də mərhələni keçə bilməsə...

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.

"Mediasport" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtilə saat 15:00-da başlanacaq.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri məlum olacaq. Ağdam klubu UEFA Çempionlar Liqasında mərhələ adlamasa, yoluna Avroliqada davam edəcək.

"Köhlən atlar" 3 cütün qalibindən biri ilə qarşılaşa bilər:

RFŞ (Latviya) - "Malmö" (İsveç)

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) 

"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya) 

Avropa Liqasında III mərhələnin ilk oyunları avqustun 7-də, cavab görüşləri bir həftə sonra baş tutacaq.