"Nərimanın oyun tərzi bizim üslubumuza çox uyğun gəlir"
"Nəriman komandamıza texniki bacarıqları və sürəti ilə yeni bir dinamika qatacaq. Onun oyun tərzi komandamızın üslubuna çox uyğun gəlir".
"Mediasport" xəbər verir ki, bu sözləri ABŞ-nin "Kolumbus Kryu" klubunun fransalı baş meneceri İssa Toll deyib.
MLS (Yüksək Liqa) təmsilçisinin rəsmisi "Qarabağ"dan transfer etdikləri hücumçu haqda xoş fikirlər səsləndirib:
"Gənc yaşına baxmayaraq, Nəriman artıq həm ölkə daxilində, həm Avropa səviyyəsində, həm də milli komanda ilə dəyərli təcrübə qazanıb.
"Kolumbus Kryu"da onu qarşılamağımızdan böyük məmnunluq hissi keçiririk. Nərimanın klubumuzda inkişafını izləməyi və çıxışlarını səbirsizliklə gözləyirik".
Xatırladaq ki, 21 yaşlı forvard yeni komandası ilə 3,5 illik müqavilə bağlayıb.
