"Səbail"in rəqibi dəyişdirildi

 "Səbail"in rəqibi dəyişdirildi

1-ci Liqada yeni mövsüm üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail”in yoxlama oyununda dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, komanda bu gün yerli saatla Şimali Kiprin TOL klubu ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 18:00-da başlanacaq matç “Bolu Termal Hotel”in stadionunda baş tutacaq.

Xatırladaq ki, Quba təmsilçisinin daha öncə yerli “Güzide Gebzespor”la üz-üzə gələcəyi bildirilmişdi.