Premyer Liqa klublarının dəyərə görə sıralanması yeniləndi
Nüfuzlu "Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında yarışan klubların yenilənmiş dəyər üzrə siyahısını açıqlayıb.
"Mediasport" xəbər verir ki, ölkə çempionatında ən bahalı heyətə malik klub, əvvəlki kimi, "Qarabağ"dır.
Ağdam təmsilçisinin dəyəri 30 milyon avroya yaxındır.
"Sabah" və "Zirə" "Neftçi"ni geridə qoyub.
Azərbaycan Premyer Liqası
1. "Qarabağ" - 28,50 milyon avro
2. "Sabah" - 16,60 milyon avro
3. "Zirə" - 13,90 milyon avro
4. "Neftçi" - 12,13 milyon avro
5. "Turan Tovuz" - 10,30 milyon avro
6. "Sumqayıt" - 8,98 milyon avro
7. "Araz-Naxçıvan" 8,95 milyon avro
8. "Şamaxı" - 6,55 milyon avro
9. "Kəpəz" - 6,38 milyon avro
10. "İmişli" - 5,20 milyon avro
11. "Qəbələ" - 4,30 milyon avro
12. "Karvan-Yevlax" - 4,18 milyon avro
