Azərbaycanın FİFA hakimləri U-10 Liqasında 4 oyunu idarə etdilər
AFFA U-10 liqasında yeni mövsüm start götürüb.
"Mediasport" xəbər verir ki, çempionatın ilk turu maraqlı məqamla yadda qalıb.
4 oyuna Azərbaycanın FİFA hakimləri təyinat alıblar.
Elit kateqoriya referiləridən Əliyar Ağayev "Mübariz" - "Atletiko Bakı" (Atletico), Elçin Məsiyev "Mübariz FA" - "Difai", Kamal Umudlu "Neftçi İK" - "Şirvansaray", Tural Qurbanov isə SUHB FK - "Emirates Bakı" (Emirates) görüşlərini idarə ediblər.

