Xəlilov dünya üçüncüsü oldu
Azərbaycanın parataekvondo millisi Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında daha bir medal qazanıb.
"Mediasport" xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov 3-cü yeri tutub.
Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolya Qrabe və 1/4 finalda türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlsə də, burada meksikalı Xuan Qarsiyaya məğlub olaraq bürünc mükafatla kifayətlənib.
Xatırladaq ki, yarışda dünən Sabir Zeynalov (58 kq) dünya çempionu olub.

