Hüseyn Səmədlidən bürünc, Amil Ramazanovdan gümüş medal

 Hüseyn Səmədlidən bürünc, Amil Ramazanovdan gümüş medal

Azərbaycanın kayak və kanoeçiləri Batumidə beynəlxalq reqatanın mükafatçıları olublar.

"Mediasport" xəbər verir ki, Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə təşkil olunan beynəlxalq super sprint reqatası başa çatıb.

Super sprint qaydalarına əsasən 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü keçib.

Amil Ramazanov isə kayak qayığında yarışı ikinci yerdə tamamlayıb.

Beləliklə, idmançılarımız beynəlxalq reqatada 1 gümüş və 1 bürünc medal qazanıblar.