Futbolumuzun sütunu olan Peşəkar Futbol Liqasının yaradıldığı gündür

Futbolumuzun sütunu olan Peşəkar Futbol Liqasının yaradıldığı gündür

Son 15 ildə Azərbaycan futbolu adına ən əlamətdar günlərdən biri bugünkü tarixdə qeyd olunur.

İyulun 2-si Azərbaycan futbolunun dirəyi hesab edilən Peşəkar Futbol Liqasının yaradıldığı gündür.

AFFA-nın tərkibində kiçik heyət və məhdud imkanlarla yaradılsa da, AFFA-dan qat-qat üstün, peşəkar işlər görən və daim barəsində xoş fikirlər səsləndirilən Peşəkar Futbol Liqasının əsası 2008-ci ildə qoyulub.

17 yaşlı PFL-in ilk prezidenti Ramin Musayev olub, hazırkı rəhbəri Elxan Səmədovdur.

Mediasport.com.az Azərbaycan çempionatları - Premyer Liqa, 1-ci Liqa, 2-ci Liqa, Əvəzedicilər Liqası və Azərbaycan Kuboku yarışlarını yüksək səviyyədə təşkil edən qurumun kollektivini təbrik edir, gələcək fəaliyyətlərində bol uğurlar arzulayır.