Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi oldu
Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının çempionatı başa çatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan şahmatçıları həm kişilərin, həm də qadınların yarışında qızıl medal qazanıb.
Kişilərin mübarizəsində XIV turda təmsilçimiz Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə oynayıb.
14 turdan sonra 9 xal toplayan Abasov bütün rəqiblərini qabaqlayaraq çempion olub.
Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurqaliyeva ilə xalı yarı bölüb.
Yekunda 10 xalı olan Beydullayeva birinci yeri tutub.
Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olub.
Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində iki dəfə Azərbaycanın Dövlət Himni səsləndirilib.

