"Neftçi" Elvinlə vidalaşdı - RƏSMİ

"Neftçi" Elvinlə vidalaşdı - RƏSMİ

“Neftçi” yarımmüdafiəçisi Elvin Camalovla vidalaşıb.

"Mediasport" xəbər verir ki, tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ləöv edilib.

Paytaxt klubu təcrübəli futbolçuya ağ-qara formada göstərdiyi yüksək peşəkarlıq və əzmkarlığa görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.