PFL rəsmisi UEFA Çempionlar Liqası oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 6-da keçiriləcək qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən "Ludoqorets Arena"da baş tutacaq.