"Azərbaycan millisi kifayət qədər inkişaf edib" - "Lill"in futbolçusu

"Azərbaycan millisi kifayət qədər inkişaf edib" - "Lill"in futbolçusu

"Bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı saxlamaq üçün yaxşı nəticə qazanmalıyıq".

"Mediasport" xəbər verir ki, bu sözləri İslandiya milli komandasının futbolçusu Hakon Arnar Haraldsson deyib.

"Lill"də çıxış edən 22 yaşlı hücumameyilli yarımmüdafiəçi sabah DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunda qarşılaşacaqları Azərbaycan yığması ilə matçdan öncə keçirilən mətbuat konfransında  düşüncələrini bölüşüb:

"Bakı gözəl şəhərdir. İlk dəfədir buradayam. İlk matçdakı 5:0 hesablı qələbəyə arxayınlaşmaq? Qətiyyən ola bilməz. Azərbaycan millisi ilk oyundan sonra kifayət qədər inkişaf edib.

Sabahkı matçda çox çətin mübarizə olacaq. Burada heç bir motivasiya əskikliyindən söhbət gedə bilməz. Sabah bizi çətin rəqib və çətin oyun gözləyir".

Qeyd edək ki, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya qarşılaşması saat 21:00-da başlanacaq.