Renat Dadaşov Polşada növbəti məğlubiyyətsiz oyununu keçirdi

Renat Dadaşov Polşada növbəti məğlubiyyətsiz oyununu keçirdi

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşada növbəti məğlubiyyətsiz oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 26 yaşlı hücumçunun formasını geyindiyi "Radomiak" 33-cü tur çərçivəsində "Stal"ın qonağı olub.

72-ci dəqiqədə meydana çıxan forvardın komandası məğlubiyyətdən sona 10 dəqiqə qalmış qurtulub - 2:2.

Son 5 turda 4-cü heç-heçəsini edən Radom təmsilçisi 41 xalla 12-ci pillədə yer alıb.

Qeyd edək ki, mövsümü "Radomiak"da keçirən və son görüşlərdə adı iştirak ərizəsinə salınmayan yığmamızın digər futbolçusu Rahil Məmmədov bir neçə gün öncə düşərgəni tərk edib.