Tahir Abdullayev UFC-də növbəti qələbəsini Qətərdə qazandı

 Tahir Abdullayev UFC-də növbəti qələbəsini Qətərdə qazandı

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazanıb.

"Mediasport" xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən turnirdə idmançımız avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.

Xatırladaq ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda edib.

O, braziliyalı Cefferson Nasimentoya qalib gəlib.