Diniyev 83-cü dəqiqədə oyuna girdi, klubu liderə uduzdu - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti matçına çıxıb.
Mediasport.com.az xəbər verir ki, yarımmüdafiəçinin komandası "Çorum" 25-ci tur çərçivəsində lider "Kocaelispor"un qonağı olub.
Yığmamızın üzvünün 83-cü dəqiqədə meydana çıxdığı qarşılaşma Çorum təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 0:2.
Coşqunun komandası 38 xalla 5-ci pillədə qalıb.
Xatırladaq ki, yığmamızın üzvü bugünlərdə "Bandırmaspor"dan ayrılaraq "Çorum"la 1.5 illik müqavilə bağlayıb.