Milliyə təyin edilən mütəxəssis Gürcüstana nə üçün yollandı?

 Milliyə təyin edilən mütəxəssis Gürcüstana nə üçün yollandı?

Azərbaycanın U-19 yığma komandasına yeni baş məşqçi təyin edilmiş Elgiz Kərəmli Gürcüstana yollanıb.

"Mediasport" xəbər verir ki, mütəxəssis “Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının “Dinamo”(Tbilisi) ilə hər iki yoxlama matçını izləyib.

O, milliyə namizəd futbolçuların peformansını canlı müşahidə edib.

Kərəmli “Qarabağ”ın U-15 komandasının da “Dinamo” ilə oyunlarına baxıb.