Azərbaycan millisinin sabiq üzvü "Karvan-Yevlax"da çıxış edəcək

Azərbaycan millisinin sabiq üzvü "Karvan-Yevlax"da çıxış edəcək

Premyer Liqanın autsayderi "Karvan-Yevlax" heyətinə yeni futbolçu qatıb.

"Mediasport" xəbər verir ki, aranlılar “Sabah”dan Rauf Rüstəmlini icarəyə götürüblər.

Yarımmüdafiəçi mövsümün sonunadək Yevlax təmsilçisinin formasını geyinəcək.

“Qəbələ”nin yetirməsi karyerası ərzində "Sabah”, “Şamaxı” və “Sumqayıt”da çıxış edib.

22 yaşlı futbolçu U-17, U-19, U-21 və əsas milli komandalarımızın şərəfini qoruyub.