"Futbolçular ağır qrafikdə ruhdan düşmədi, bir çoxu inkişaf etdi"

"Futbolçular ağır qrafikdə ruhdan düşmədi, bir çoxu inkişaf etdi"

"Son ev oyunumuzda xal qazanmaq istəyirdik. Bilirdik ki, bizim kimi komandaların belə yerlərdə olması vacibdir. Şükürlər olsun, qələbə qazandıq. "Turan Tovuz"a qarşı matçlarımız gərgin, maraqlı keçir. Səhv etmirəmsə, ilk qələbəmizi əldə etdik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Təcrübəli çalışdırıcı Azərbaycan Premyer Liqasının 32-ci turunun "Turan Tovuz"la matçından sonra (3:2) keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Fanatlara təşəkkür edirəm ki, bizi dəstəklədilər. Hər kəsə "çox sağ ol" deyirəm. "Şamaxı"ya uğurlar. Qarşıda son oyunumuz qalıb, bu matçdan da xal qazansaq, sevinəcəyik. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Futbolçular bu ağır qrafikdə ruhdan düşmədi, bir çoxu inkişaf etdi, iddialı komandalara namizəd oldular".