Emin Mahmudov "Neftçi" tarixində bunu bacaran ilk futbolçu oldu

Azərbaycan Premyer Liqasının 25-ci turunun bu dəqiqələrdə davam edən "Kəpəz" - “Neftçi” oyunu qonaqların futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
"Mediasport" xəbər verir ki, start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir.
İndiyədək 43 qol vurmuş Mahmudov Premyer Liqada yalnız “Neftçi”nin formasını geyinib.
O, Azərbaycan çempionatları tarixində ağ-qara formada 200 matç keçirən ilk oyunçudur.
Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.
Qeyd edək ki, Emin Mahmudov Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də, səfərdə “Qəbələ”yə qarşı matçda (1:2) forma geyinib.