Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazandı
Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançısı Selcan Mahsudova qızıl medal qazanıb.
Bu barədə "Mediasport"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Təmsilçimiz fərdi proqramda 55,540 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

