Azərbaycan Premyer Liqası klubu yeni məşqçi gətirdi - RƏSMİ
Premyer Liqada yeni mövsümə hazırlaşan "İmişli" klubunda məşqçi təyinatı olub.
"Mediasport" xəbər verir ki, aranlılar Elmir Cəbrayılovla anlaşıblar.
O, bölgə təmsilçisində fiziki hazırlığa cavabdehlik daşıyacaq.
Cəbrayılov bunadək "Şəfa"da işləyib.


