"Onları görəndə keçmiş günlər yada düşür" - Qurban Qurbanov

"Onları görəndə keçmiş günlər yada düşür" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. "Sumqayıt"a uğurlar arzulayıram. Sona qədər yaxşı mübarizə apardılar. Soyuq havada stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 25-ci turunun "Sumqayıt"la səfər matçı haqda fikirlərini bölüşüb.

2:0 hesablı qələbəni şərh edən çalışdırıcı jurnalistlərin suallarını da cavablandırıb.


İndidən növbəti mövsüm haqda düşünürsünüz?

- Hələ çempionat davam edir. Futbolçular çox istəkli çalışırlar, hər biri əsas heyətə düşmək istəyir. Bəzən rotasiyalar edirik. Vacib olan qarşıdakı oyundur.

Rəhbərliyiniz altında oynamış futbolçular baş məşqçi kimi sizə rəqib olanda hansı hissləri keçirirsiniz?

- Çox xoşdur. Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq və onlara qarşı oynamışıq. Hər birinə uğurlar arzulayıram. Onları görəndə keçmiş günlər yada düşür, hansısa epizodu yada salırıq. Bütün futbolçular məşqçi olmur. Hamısının uğuruna sevinirəm.