DİQQƏT! "Neftçi" "Qarabağ"la çətin qarşılaşma öncəsi açıqlama yaydı
"Neftçi" oktyabrın 18-də Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyunla bağlı azarkeşlərinə müraciət edib.
"Mediasport" xəbər verir ki, paytaxt klubu qarşılaşmanı tribunadan izləmək istəyənl tərəfdarlarının Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22, 23, 25, 26, 27 və 28-ci sektorlarında yer alacağını açıqlayıb.
25, 26, 27 və 28-ci sektorlar "Forza Neftçi" Azad Azarkeş Qrupu üçün nəzərdə tutulub.
Matçı "Forza Neftçi" ilə birlikdə izləmək istəyən azarkeşlər bu gün saat 17:00-dan 21:00-a, oktyabrın 16-da 12:00-dan 21:00-a, oyun günü isə 12:00-dan 16:00-a qədər "Palms Sports Arena"da yerləşən kassalara yaxınlaşa bilərlər.
21, 22 və 23-cü sektorlar üçün nəzərdə tutulan biletlərin reallaşması barədə daha dəqiq və ətraflı məlumat isə bütün texniki prosedurlar yekunlaşdırıldıqdan sonra veriləcək.

