Devid Bekhem Dünya Kuboku zamanı milyonlarla gəlir əldə etdi

Devid Bekhem Dünya Kuboku zamanı milyonlarla gəlir əldə etdi

İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhem Dünya Kubokundan sonra bir qədər də varlanıb.

"Mediasport" xəbər verir ki, əfsanəvi yarımmüdafiəçi mundialla əlaqəli çəkildiyi reklamlardan milyonlarla sərvət əldə edib.

Məlumata görə, məşhur simanın dünya çempionatı ərzində çəkildiyi reklamlardan gəliri 19 milyon funt-sterlinq (təxminən 43 milyon manat) olub.

Bekhem bu günlərdə çips, pivə, bank və digər məhsulların reklamlarında yer alıb.